12.07.2020 12:18
558
558

İtaliyalı çalışdırıcı Klaudio Beluççi Azərbaycan yığmasında işləyəcəyini bildirib.
Cempion.az tuttomercatoweb.com saytına istinadən xəbər verir ki, bu haqda “Sky Sports”a müsahibəsində 45 yaşlı mütəxəssis məlumat verib. O, millimizə baş məşqçi vəzifəsinə təyinatı gözlənilən Canni de Byazinin köməkçisi olacağını bildirib.
“Mən son bir ildə Byazi ilə çalışmışam. İndi yeni işə başlayırıq. Düşünürəm ki, bu, bizim üçün yeni mərhələdir” – deyə o qeyd edib.
Xatırladaq ki, millimizdə Beluççi ilə yanaşı Arif Əsədov və Benni Karbonenin də məşqçi kimi çalışacağı dəqiqləşib.