bazar, 29 mart 2026

DÜNYA FUTBOLU

''Mançester Yunayted''in transfer planı

12.07.2020 13:48 Oxundu 601

İngiltərənin ''Mançester Yunayted'' klubu gələn mövsüm üçün güclü heyyət qurmağa hazırlaşır.

Cempion.az ''Evening News'' nəşrinə istinadən xəbər verir ki, transferin ilk siyahısında Dortmund "Borussiya" klubunda forma geyinən Ceydon Sanço durur. Əgər Almaniya təmsilçisi Sanço üçün böyük məbləğ tələb etsə, o zaman "qırmızı şeytanlar" İspaniyanın "Barselona" klubunun şərəfini qoruyan Usman Dembeleni transfer edəcək.

Xəbərdə bildirilir ki, ''Mançester Yunayted'' tərəfi Dembele üçün ispanlara 60 milyon avro təklif edəcək.