cümə axşamı, 22 may 2025

MÜSAHİBƏ

Aftandil Hacıyev: ''İnşallah yığmamızla böyük uğurlar qazanar’’

12.07.2020 14:18 Oxundu 632

''Səbail'' klubunun baş məşqçisi Aftandil Hacıyev Cempion.az-a Azərbaycan yığması ilə yaxın zamanlarda müqavilə imzalayacaq italiyalı mütəxəssis Canni de Byazinin təyinatı ilə bağlı açıqlama verib.


39 yaşlı gənc çalışdırıcı bunları deyib: ‘’Hamımız çoxdandır ki, millinin baş məşqçisinin kim olacağını həyacanla gözləyirdik. Canni de Byazinin yığmamız üçün xeyrli bir seçim olduğunu düşünürəm. Ümüd edirik ki, yeni vəzifəyə gətrilən baş məşqçi millimizin oyun potensialını qaldıracaq. İnşallah qarşıdan gələn Millətlər Liqasında da yığmamızla uğurlar qazanar. Çempionatın vaxtından əvvəl dayandırılmasıda yığmanın oyununa təsirsiz ötüşməyəcək. Bu vəziyyəti futbolçular özləri başa düşməli və öz üzərlərində bacardıqlarından artıq çalışmalıdırlar. Bütün hallarda yığmanın hər bir üzvü Millətlər Liqasında ölkəmizi layiqincə təmsil etməlidirlər. Mən də Byaziə uğurlar arzulayıram. İnşallah yığmamızla böyük uğurlar qazanar’’.