12.07.2020 15:18
567
567

İngiltərənin ''Vulverhempton'' klubunun hücumçusu karyerasını İtaliyada davam etdirə bilər.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ''Yuventus'' klubu ''canavarlar''ın heyətində çıxış edən Adama Trarore ilə yaxından maraqlanır.
Xəbərdə bildirilir ki, Turin klubu artıq ''Vulverhempton'' klubunun rəsmiləri ilə danşıqlara start verib.
Qeyd edək ki, Adama Trarore bu mövsüm ''canavarlar''la çıxdığı 48 oyunda 6 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.