çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

Ronaldinyonun şikayəti təmin edilmədi

12.07.2020 16:18 Oxundu 536


Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyonun ev dustaqlığı davam edəcək.

Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçinin apelyasiya şikayəti təmin olunmayıb. Buna görə də, Ronaldinyonun ev dustaqlığı davam edəcək.

Qeyd edək ki, Ronaldinyo və qardaşı Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə, martın 5-dən həbsdə idilər. Keçmiş futbolçu apreldən ev dustaqlığına buraxılıb.