çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

“Sevilya”dan əzimkar qələbə

13.07.2020 06:01 Oxundu 533



Futbol üzrə İspaniya La Liqasında 36-cı tura start verilib.

Cempion.az xəbər verir ki, turun oyunları üç günü əhatə edəcək. Açılış matçında “Osasuna” “Selta”yla qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Barselona” bu turda “Valyadolid” səfərinə yollanıb və minimal hesabla üstün olub. “Atletiko” isə “Betis”i qəbul edib. Madrid təmsilçisi də 3 xalı tək qolla əldə edib.

Bazar günü daha dörd qarşılaşma baş tutub. “Espanyol” evdə “Eybar”a, “Levante” “Atletik”ə məğlub olub. “Leqanes”in qonağı olan “Valensiya” da minimal hesabla uduzub. “Sevilya” isə “Malyorka” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Lider “Real” isə “Qranada” ilə münasibətlərinə aydınlıq gətirəcək.

İspaniya La Liqası, 36-cı tur

11 iyul

''Osasuna'' – ''Selta'' 2:1
Qol
: Enrik, 23. A.Xose, 90+1 – Mina, 10.

''Valyadolid'' – ''Barselona'' 0:1
Qol
: Vidal, 15.

''Atletiko'' – ''Betis'' 1:0
Qol
: D.Kosta, 74.

12 iyul

''Espanyol'' – ''Eybar'' 0:2
Qol
: Espozito, 25-pen; 36.

''Levante'' – ''Atletik'' 1:2
Qol
: Bardi, 71 – R.Qarsiya, 4; 45+1.

''Leqanes'' – ''Valensiya'' 1:0
Qol
: R.Peres, 18-pen.

''Sevilya'' – ''Malyorka'' 2:0
Qol
: Okampos, 41-pen. En-Nesiri, 84.

13 iyul

21:30 ''Alaves'' – ''Xetafe''
21:30 Vilyarreal – ''Real Sosyedad''
00:00 ''Qranada'' – ''Real''