çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

Turun mərkəzi oyununda qalib müəyyənləşmədi

13.07.2020 06:50 Oxundu 545


Futbol üzrə İtaliya A Seriyasında 32-ci tura start verilib.

Cempion.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Son turlarda uğursuz çıxış edən “Latsio”, “Sassuolo” ilə ev oyunundan məğlub ayrılıb. Paytaxtın digər təmsilçisi “Roma” isə səfərdə “Breşiya”nı darmadağın edib.

Turun mərkəzi görüşü Turində keçirilib. Lider “Yuventus” mövsümün iddialı komandalarından olan “Atalanta”nı qəbul edib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Turun maraqla gözlənilən qarşılaşmalarından biri də Neapolda keçirilib. Son turda “Yuventus”u 4 qolla məğlub edən “Milan” burda “Napoli”nin qonağı olub. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

İtaliya A Seriyası, 32-ci tur

11 iyul

''Latsio'' – ''Sassuolo'' 1:2
Qol
: Alberto, 33 – Raspadori, 52. Kaputo, 90+1.

''Breşiya'' – ''Roma'' 0:3
Qol
: Fasio, 48. Kaliniç, 62. Zaniolo, 74.

''Yuventus'' – ''Atalanta'' 2:2
Qol
: Ronaldo, 55-pen; 90-pen – Sapata, 16. Malinovski, 81.

12 iyul

''Cenoa'' – SPAL 2:0
Qol
: Pandev, 24. Şöne, 54.

''Kalyari'' – ''Leççe'' 0:0

''Fiorentina'' – ''Verona'' 1:1
Qol
: Kutrone, 90+6 – Faraoni, 18.

''Parma'' – ''Bolonya'' 2:2
Qol
: Kurtiç, 90+3. İnqlese, 90+5 – Danilo, 3. Soriano, 16.

''Udineze'' – ''Sampdoriya'' 1:3
Qol
: Lasanya, 37 – Kvalyarella, 45+1. Bonassoli, 84. Qabbyadini, 90+4.

''Napoli – Milan'' 2:2
Qol
: Di Lorenso, 34. Mertens, 60 – Hernandes, 20. Kessye, 73-pen.

13 iyul

23:45 ''İnter'' – ''Torino''