çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

“Qalatasaray”dan növbəti məölubiyyət

13.07.2020 07:37 Oxundu 565


Futbol üzrə Türkiyə Super Liqasında 32-ci tura start verilib.

Cempion.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. İzmirin “Göztəpə” klubu Ankara təmsilçisi “Gənclərbirliyi”ni qəbul edib. Qonaqlar bu görüşdə inamlı qələbəyə seviniblər.

Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparan “Fənərbaxça” bu turda turnir cədvəlinin 3-cüsü “Sivasspor”la üz-üzə gəlib. İstanbul klubu bu görüşdə məğlubiyyətlə üzləşib. 7 oyun idi qələbəyə həsrət alan “Qalatasaray” isə “Ankaragücü”nün qonağı olub. Son çempion ardıcıl üçüncü məğlubiyyətini alıb.

Lider “Başakşəhər” bu turda səfərdə “Konyaspor”un qonağı olacaq, “Trabzonspor” isə “Dənizlispor”la qarşılaşacaq.

Türkiyə Super Liqası, 32-ci tur

11 iyul

''Göztəpə'' – ''Gənclərbirliyi'' 1:3
Qol
: A.Öztürk, 90+1 – Sio, 33. Stanku, 45+2. Sessenyon, 75.

12 iyul

''Ankaragücü'' – ''Qalatasaray'' 1:0
Qol
: Skarione, 62-pen.

''Antalyaspor'' – ''Alanyaspor'' 1:0
Qol
: Yahoviç, 22.

''Fənərbaxça'' – ''Sivasspor'' 1:2
Qol
: D.Turuç, 27 – Kone, 9-pen. E.Kılınç, 44.

13 iyul

19:30 ''Kasımpaşa'' – ''Rizəspor''
19:30 ''Kayserispor'' – ''Qaziantep''
22:00 ''Dənizlispor'' – ''Trabzonspor''
22:00 ''Konyaspor'' – ''Başakşəhər''
22:00 ''Yeni Malatyaspor'' – ''Beşiktaş''