bazar, 29 mart 2026

DÜNYA FUTBOLU

“Qalatasaray”da yeni rekordçu

13.07.2020 13:57 Oxundu 923

Superliqanın 32-ci turu “Qalatasaray”ın futbolçusu  Emin Bayram üçün əlamətdar olub.

Cempion.az xəbər verir ki, təcrübəli çalışdırıcı Fatih Terim kapitanlıq sarğısını 17 yaşlı gənc müdafiəçiyə həvalə edib.
 
Bununla da Emin Bayram “Qalatasaray”ı kapitan sarğısı ilə meydana çıxaran ən gənc futbolçu kimi klubun tarixinə düşüb. O, həm də Superliqada ilk dəfə oyuna start heyətdə başlayıb.