13.07.2020 14:48
521

Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
Cempion.az klubun rəsmi sayıtına xəbər verir ki, ''qara qartallar'' Kevin-Prins Boatenqin xidmətindən məhrum olub. “Kasımpaşa” ilə oyunda ciddi zədə alan futbolçu məşqlərə də qatılmır. Bu üzdən də o, “Yeni Malatyaspor”la oyunu buraxmalı olacaq.
Qeyd edək ki, bu gün “Beşiktaş” “Yeni Malatyaspor” səfərinə yollanacaq.