13.07.2020 14:08
578

İdman Arbitraj Məhkəməsi (CAS) İngiltərənin "Mançester Siti" klubu ilə bağlı qərarını açıqlayıb.
Cempion.az The Sun nəşrinə istinadən xəbər verir k, qurum ''şəhərlilər''in şikayətini təmin edib. UEFA-nın "Mançester Siti"ni avrokuboklardan 2 il müddətinə kənarlaşdırılması ilə bağlı verdiyi qərar ləğv olunub.
Maliyyə feyr-pley qaydalarını pozmaqda günahlandırılan "şəhərlilər" 10 milyon avro cərimələniblər. Klub cəriməni qərar qüvvəyə mindikdən sonra 30 gün müddətində ödəməlidir.