13.07.2020 15:22
663

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunlarının stadionu müəyyənləşib.
Cempion.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz hər 3 ev oyunu Bakı Olimpiya Stadionunda keçirəcək.
Qeyd edək ki, yığma Bakıda sentyabrın 5-də Lüksemburq (17 noyabr – səfər oyunu), oktyabrın 13-də Kipr (8 sentyabr – səfər oyunu), noyabrın 14-də isə Monteneqro (10 oktyabr – səfər oyunu) yığması ilə qarşılaşacaq.