şənbə, 26 iyul 2025

DÜNYA FUTBOLU

"Barselona" danşıqları dayandırdı

13.07.2020 16:23 Oxundu 537


"Barselona" klubu İtaliya "İnter"ində çıxış edən Lautaro Martinesin transferi ilə bağlı danışıqları dayandırıb. 

Cempion.az "Goal" nəşrinə istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Josep Bartomeu yerli mətbuata açıqlamasında bildirib. 

Kataloniya təmsilçisi koronavirus pandemiyası zamanı aldıqları zərər səbəbindən argentinalı hücumçu üçün 111 milyon avro təzminat ödəmək fikrində deyil. Bartomeu qarşıdakı transfer pəncərəsinin tamamilə fərqli olacağını söyləyib: "Barselona" hər zaman transfer bazarının əsas iştirakçılarından biridir. Lautaro barədə danışıqlar dayandırılıb. "İnter" nümayəndələri ilə bir neçə həftə əvvəl danışdıq. Vəziyyəti qiymətləndirmək üçün mövsümün sonunu gözləyirik". 

Qeyd edək ki, Lautaro Martines bu mövsüm Milan təmsilçisində 38 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.