şənbə, 26 iyul 2025

BİZİM FUTBOL

“Zirə” daha 6 futbolçu ilə vidalaşdı

14.07.2020 10:22 Oxundu 718


“Zirə” klubu daha altı futbolçusu ilə yollarını ayrıb.

Cempion.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç və Şafik Tiqrudca ilə yolların ayrıldığı diqqətə çatdırılıb.

“Zirə” PFK adı çəkilən futbolçulara göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Zirə” bu gün Cavid Hüseynovla da vidalaşdığını açıqlamışdı.