şənbə, 26 iyul 2025

DÜNYA FUTBOLU

Keçmiş ''Tottenhem''li Amerika klubunun hədəfində

14.07.2020 11:28 Oxundu 500

Niderlandlı hücumçu Amerika klubunun hədəfində.

Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, bir vaxtlar ''Tottenhem''ində şərəfini qoruyan Vinsent Yansen ilə MLS klublarından olan ''Austin'' komandası yaxından maraqlanır. Hal-hazırda Meksikanın ''Monterey'' klubunda forma geyinən 26 yaşlı hücumçu üçün Amerika təmsilçisi 20 milyon avroluq bir təklif göndərib.

Xəbərdə bildirilir ki, hazırda Yansen ilə danışıqlar davam etdirilir.

Qeyd edək ki, ''Fənərbaxça''nında şərəfini qoruyan futbolçu ''Tottenhem''dən ''Monterey'' klubuna 10 milyon avroya transfer olub.