14.07.2020 12:52
495


İngiltərəli müdafiəçi karyerasını İtaliyada davam etdirə bilər.
Cempion.az ''Corriere dello Sport'' nəşrinə istinadən xəbər verir ki, İtaliyanın ''Latsio'' klubu ''Tottenhem''dən icarə əsasında ''Nyukasıl Yunayted''ə yollanan Deni Rouz ilə yaxından maraqlanır. İtaliya təmsilçisinin çalışdırıcısı Tare də cinah müdafiəçisini israrla heyyətə cəlb etmək istəyir. Yaxın günlərdə Rouz üçün klubu ''Tottenhem''ə təklif göndəriləcəyi gözlənilir.
Xəbərdə bildirilir ki, ingiltərəli futbolçu da Çempionlar Liqasında mübarizə aparacaq klubda çıxış etmək istədiyini bildirib.