şənbə, 26 iyul 2025

DÜNYA FUTBOLU

FİFA-dan VAR-la bağlı maraqlı addım

14.07.2020 15:22 Oxundu 545

İngiltərənin məşhur ''The Times'' nəşri maraqlı məlumat yayıb.

Cempion.az xəbər verir ki, nəşrin yaydığı məlumata görə, VAR sistemi gələn mövsümdən FİFA tərəfindən idarə ediləcək. Qurum yeni sistemdəki problemləri həll etmək üçün VAR sisteminə nəzarət edəcək.

Xəbərdə bildirilir ki, FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina VAR sisteminin onların nəzarətində olmasını israrla istəyir. O, bildirib ki, bu qərar ən çox İngiltərə Premyer Liqasına müsbət təsir edəcək.