15.07.2020 13:15
528
528

''Barselona''nın prezidenti Xosep Bartomeu Messi və baş məşqçi Setienin gələcək karyeraları barəda açıqlama verib.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Katalon təmsilçisinin sahibi bunları deyib: ''Mən hazırkı baş məşqçinin işindən çox razıyam. Setien gələcək mövsümdə də Barselonanın başında olacaq''.
Messi məsələsinədə toxunan Bartomeu bunları deyib: ''Arqentinalı ulduz futbolçu ilə görüşdük, görüşlərimiz də davam edir. Messinin hələ bizimlə bir il müqaviləsi var. Özüdə karyerasını ''Barselona''da bitirmək istəyir''.