çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

“Mançester Siti”nin transfer planı

15.07.2020 13:45 Oxundu 525


İki illik avrokubok qadağası ləğv edilən “Mançester Siti”nin transfer planı bəlli olub.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klubun yay transfer pəncərəsi üçün 4 əsas hədəfi var. “Şəhərlilər” “Bavariya”dan David Alabanın, “Napoli”dən Xalidu Kulibalinin adını transfer siyahısına əlavə edib. Bundan başqa, “İnter”dən Lautaro Martines və “Bavariya”ya gedən Leroy Sanenin mövqeyinə düşünülən “Valensiya”dan Ferran Torres də klubun hədəfindədir.

Qeyd edək ki, “Mançester Siti”nin Kevin de Bruyne, Rahim Sterlinq və Qabriel Jesusla müqavilənin müddətini artıracağı da gözlənilir.