çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

Emre Kılınç  “Qalatasaray”da

15.07.2020 14:47 Oxundu 568

“Sivasspor” klubunun 25 yaşlı yarımmüdafiəçisi Emre Kılınç yeni mövsümdən komandasını dəyişməyə çox yaxındır.

Cempion.az xəbər verir ki, bu barədə yerli mətbuat xəbər yayıb.

Belə ki, futbolçu İstanbul təmsilçisi “Qalatasaray”la razılıq əldə edib. Hətta “Cimbom”un yarımmüdafiəçiyə ödəyəcəyi məvacib bəlli olub. Emre Kılınçın “Qalatasaray”dan illik 1.5 milyon avro qazanc əldə edəcəyi vurğulanıb. Razılaşmaya baxmayaraq tərəflər arasında hələ ki, rəsmi keçid mümkün olmayıb.