çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

“Milan”dan yeni transfer

15.07.2020 17:28 Oxundu 533


İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Cempion.az xəbər verir ki, “qırmızı-qaralar” “Sevilya”dan Simon Kyaeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Danimarkalı futbolçu ilə 2022-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Kyaer yanvardan icarə əsasında “Milan”da çıxış edirdi.