şənbə, 26 iyul 2025

BİZİM FUTBOL

Millimizin reytinqi dəyişməyib

16.07.2020 13:17 Oxundu 545


FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Cempion.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb.

Koronavirus pandemiyası səbəbindən yarışlar dayandığı üçün digər yığmaların mövqelərində də  dəyişiklik olmayıb.

Qeyd edək ki, siyahıya  1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.