şənbə, 26 iyul 2025

DÜNYA FUTBOLU

Poqba yeni müqavilə imzalayır

16.07.2020 14:48 Oxundu 482


"Mançester Yunayted" futbolçusu Pol Poqba ilə müqavilənin müddətini uzadacaq.

Cempion.az "The Sun"a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanacaq. Fransalı oyunçunun klubunda məmnun olduğu və ayrılmaq istəmədiyi vurğulanıb.

Qeyd edək ki, Poqbanın "MY" ilə hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.