şənbə, 26 iyul 2025

ŞAHMAT

Şəhriyar Məmmədyarov uğurlu çıxışını davam etdirir

16.07.2020 15:18 Oxundu 593

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Summer of Seattle” turnirində uğurlu çıxışını davam etdirir.

Cempion.az xəbər verir ki, şahmatçımız 4-cü turda vyetnamlı Le Kyanq Liem ilə xalları yarı bölüb. Təmsilçimiz 4 qrossmeysterin qatıldığı yarışda 3 xal qazanaraq liderliyini qoruyur. Turnirin digər iştirakçıları amerikalı Ceffri Şonq 2,5, rusiyalı Vladimir Fedoseyev 2, Le Kyanq Liem 0,5 xal toplayıblar.

Yarışa iyulun 17-də yekun vurulacaq.