şənbə, 26 iyul 2025

DÜNYA FUTBOLU

İspaniyadan “Mançester Siti”yə

16.07.2020 17:30 Oxundu 499


“Valensiya”nın futbolçusu Ferran Torres karyerasını İngiltərədə davam etdirəcək.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu “Mançester Siti”yə transfer olunmağa yaxındır.
Xəbərdə bildirilir ki, Torresin “şəhərlilər”lə razılaşdığı bildirilib.

“Mançester Siti” “Bavariya”ya transfer olunan Leroy Sanenin yerinə düşündüyü Torres üçün “Valensiya” ilə danışıqlara başlayıb. La Liqa klubu yetirməsi olan hücumçu üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Torres bu mövsüm La Liqada 32 oyunda iştirak edib və 4 qolla yadda qalıb.