16.07.2020 18:30
638

“Qarabağ”dan ayrılan Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi təyin olunacaq.
Cempion.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan yığmasının sabiq kapitanı artıq paytaxt klubu ilə bütün məsələlərdə razılığa gəlib.
Yalnız kiçik detallar qalıb ki, onların da qısa zamanda həll olunacağı gözlənilir. Sadıqovun “Zirə”yə baş məşqçi təyinatı qarşıdakı günlərdə açıqlanacaq.
Qeyd edək ki, “Zirə” bir neçə gün öncə Zaur Həşimovla yollarını ayırmışdı.