16.07.2020 19:06
507


Türkiyənin ''Qalatasaray'' klubu kolumbiyalı futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Cempion.az TODOmercato.Com sayıtına istinadən xəbər verir ki, ''cim-bom'' Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə Falkao ilə yollarını ayırmaq qərarına gəlib. Zədə səbəbindən ''Qalatasaray''da gözləntiləri verə bilməyən hücumçu ilə Amerikanın ''İnter Miami'' klubu maraqlanır. Amerika təmsilçisinin Falkao üçün qarşı tərəfə təklif göndərəcəyi gözlənilir.