şənbə, 26 iyul 2025

DÜNYA FUTBOLU

Pirlo "Yuventus”un baş məşqçisi olacaq

16.07.2020 21:09 Oxundu 495

Futbol üzrə İtaliya milli komandasının sabiq yarımmüdafiəçisi Andrea Pirlo "Yuventus”un U-23 komandasının baş məşqçisi olacaq.

Cempion.az xəbər verir ki, "Sky Sport” nəşrinin jurnalisti Canluka Di Marsio məlumat verib ki, Turin klubu 41 yaşlı sabiq yarımmüdafiəçi ilə müqavilənin şərtləri barədə razılığa gəlib.

Qeyd edək ki, A.Pirlo 2017-ci ildə futbolçu karyerasını başa vurub.