17.07.2020 10:05
509


İngiltərənin ''Kristal Pelas'' klubunun fildişili oyunçusu ilə Avropa klubları maraqlanır.
Cempion.az ''Daily Mail'' nəşrinə istinadən xəbər verir ki, Vilfred Zaha ilə İspaniyanın ''Atletiko Madrid'' və Almaniyanın ''Bavariya'' klubları hücumçu ilə yaxından maraqlanırlar. Bu klublarla yanaşı İngiltərənin ''Everton və ''Nyukasıl Yunayted'' komandaları da Zahanı transfer siyahılarına salıblar.
Qeyd edək ki, daha öncə fildişili oyunçunun adı Fransanın PSJ klubu ilə çəkilirdi.