17.07.2020 10:35
535

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu nigeriyalı Yusuf Lavalı transfer edib.
Nigeriyalı futbolçu yeni klubu ilə 2+1 il müddətinə müqavilə bağlayıb. 22 yaşlı cinah yarımmüdafiəçisi “Neftçi”nin heyətində 24 nömrəli formanı geyinəcək.
İlk klubu “Lions” (Nigeriya) olan gənc futbolçu 2017-2020-ci illər ərzində Belçikanın “Lokeren” klubunun heyətində 22 oyun keçirib.