şənbə, 26 iyul 2025

DÜNYA FUTBOLU

“Mançester Yunayted”dən növbəti qələbə

17.07.2020 01:25 Oxundu 475


İngiltərə Premyer Liqasında 36-cı tura start verilib.

Cempion.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Son turda “Şeffild Yunayted” səfərindən xalsız dönən “Çelsi”, bu dəfə elitayla vidalaşacağı dəqiqləşən “Norviç”i qəbul edib. London təmsilçisi bu oyunda minimal hesabla üstün olub.

Turun mərkəzi görüşü Londonda keçirilib. Çempion “Liverpul” burda “Arsenal”ın qonağı olub. Üç qolun qeydə alındığı matçda hesabı qonaqlar açsa da, London təmsilçisi əzmkar qələbəyə sevinib. “Mançester Siti” də “Bornmut”la ev oyunundan oxşar hesabla qalib ayrılıb. “Bernli” – “Vulverhempton” matçında qalib müəyyənləşməyib. Səfərdə “Nyukasl”la qarşılaşan “Tottenhem” də turu qələbəylə başa vurub.

“Everton” – “Aston Villa” və “Sauthempton” – “Brayton” matçlarında qalib müəyyənləşməyib. “Lester” “Şeffild Yunayted”ə doğma meydanda, “Mançester Yunayted” isə “Kristal Pelas”a səfərdə qalib gəlib.

İngiltərə Premyer Liqası, 36-cı tur

14 iyul

''Çelsi'' – ''Norviç'' 1:0
Qol
: Jiru, 45-pen.

15 iyul

''Bernli'' – ''Vulverhempton'' 1:1
Qol
: Vud, 90+6 – R.Ximenes, 76.

''Mançester Siti'' – ''Bornmut'' 2:1
Qol
: D.Silva, 6. Q.Xesus, 39 – Bruks, 88.

''Nyukasl'' – ''Tottenhem'' 1:3
Qol
: Ritçi, 56 – Son, 27. Keyn, 60; 90.

''Arsenal'' – ''Liverpul'' 2:1
Qol
: Lakazette, 32. Nelson, 44 – Mane, 20.

16 iyul

''Everton'' – ''Aston Villa'' 1:1
Qol
: Uolkott, 87 – Konsa, 72.

''Lester'' – ''Şeffild Yunayted'' 2:0
Qol
: A.Peres, 29. Qrey, 79.

''Kristal Pelas'' – ''Mançester Yunayted'' 0:2
Qol
: Reşford, 45+1. Marsyal, 78.

''Sauthempton'' – ''Brayton'' 1:1
Qol
: İnqs, 66 – Maupay, 17.

17 iyul

23:00 ''Vest Hem'' – ''Uotford''