17.07.2020 15:24
498

Yay transfer dövründə “Yuventus”dan ayrılacaq futbolçular müəyyənləşib.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” bu yay 6 futbolçusuyla yollarını ayırmağa qərar verib.
Klub Qonsalo İquayn, Sami Kxedira, Federiko Bernardeski, Blez Matuidi, Daniel Ruqani və Mattia de Şilyonun xidmətində maraqlı deyil.
Klubun əsas hədəfinin komandanı gəncləşdirmək olduğu bildirilir.