bazar, 27 iyul 2025

BİZİM FUTBOL

Essyen Azərbaycanla vidalaşıb

17.07.2020 16:55 Oxundu 521


“Səbail”in futbolçusu Maykl Essyen Azərbaycanla vidalaşıb.

Cempion.az xəbər verir ki, bu barədə o, şəxsi “instagram” hesabından məlumat verib. Qanalı futbolçu, “Səbail” formasında və Azərbaycan bayrağı ilə şəklini paylaşaraq, “Bu, böyük zövq idi. Yenidən görüşənədək, güclü və sağlam qalın… Şəhidlər ölməz, Vətən bölünməz!” yazıb.

Qeyd edək ki, 37 yaşlı futbolçu 2019-cu ilin martından “Səbail”də çıxış edirdi. O, karyerası ərzində “Çelsi”, “Real”, “Milan” kimi klubların da formasını geyinib.