bazar, 27 iyul 2025

BİZİM FUTBOL

“Sabah”dan yeni transfer

17.07.2020 17:54 Oxundu 539


“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, klub Azərbaycan U-19 millisinin hücumçusu Camal Cəfərovla 5 illik müqavilə bağlayıb.

“Anji” futbol akademiyasının yetirməsi olan Camal, son mövsümdə bu klubun əvəzedici komandasında çıxış edib.

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev, Slavik Alxasov və Aleksey İsayevi heyətinə cəlb edib.