17.07.2020 19:20
1326
1326

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu ilk futbolçu keçidini reallaşdırıb.
Cempion.az klubun saytına istinadən xəbər verir ki, son mövsümü “Zirə”də keçirmiş Tellur Mütəllimov “Sumqayıt”la bir illik sözləşməyə imza atıb.
Mütəllimov “Qəbələ” (24 oyun, 5 qol) və “Zirə” klublarının (63 oyun, 3 qol) şərəfini qoruyub. O, Azərbaycanın U-21 (1 oyun) və əsas millisinə də (1 oyun) dəvət alıb.