bazar, 27 iyul 2025

DÜNYA FUTBOLU

Alaba ispan klublarının hədəfində

18.07.2020 10:38 Oxundu 592

Avstraliyalı müdafiəçi ''Bavariya'' klubdan ayrılmağa hazırlaşır.

Cempion.az ''Bild'' nəşrinə istinadən xəbər verir ki, Almaniya nəhəngi Alabanın 20 milyon avroluq maaş təklifini qəbul etməsə, futbolçu karyerasını İspaniyada davam etdirəcək. ''Bavariya'' ilə müqaviləsinin son bir ilinə girən Alabaya ''Barselona'' və ''Real Madrid''dən təklif göndərildiyi bildirilir. İspaniya nəhəngləri futbolçunun 20 milyon avro maaş tələbini qəbul ediblər. Avstraliyalı müdafiəçi özü isə bu klubların birində çıxış etmək istədiyini açıqlayıb.

Qeyd edək ki, Alaba ilə İngiltərənin ''Çelsi'' klubu yaxından maraqlanır.