18.07.2020 13:09
512

“Qəbələ” ilə müqaviləsinin müddəti bitən Klesio Bauk karyerasını Yunanıstanda davam etdirə bilər.
Cempion.az “sportime.gr” saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə “Apollon Smirnis” klubu yaxından maraqlanır.
Yeni mövsümdə Yunanıstan Super Liqasında mübarizə aparacaq “Apollon Smirnis” bu ölkə üçün yad olmayan Bauku heyətinə qatmaq niyyətindədir.
Mozambikli yarımmüdafiəçi 2016-2018-ci ildə Yunanıstanın “Panetolikos” klubunda forma geyinib.
Qeyd edək ki, 2019-cu ilin yayında “Qəbələ”yə keçən Baukun müqaviləsi ötən ayın sonunda bitib. “Qəbələ” Baukla yeni müqavilə danışıqlarını davam etdirir.