18.07.2020 13:39
579


İngiltərənin ''Mançester Yunayted'' klubu ''Lill''in futbolçusu ilə maraqlanır.
Cempion.az ''CalcioNapoli24'' nəşrinə istinadən xəbər verir ki, ''qırmızı şeytanlar'' gənc hücumçu Viktor Osimhen üçün Fransa təmsilçisinə 50 milyon avro arası məbləğ ödəməyə hazır olduğu bildirilir. Xəbərdə o da qeyd olunub ki, gənc hücumçu ''Mançester Yunayted''də oynamaq istədiyini açıqlayıb. Nəşrin yaydığı məlumata görə, tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Viktor Osimhen ilə İtaliyanın ''Napoli'' klubu yaxından maraqlanır.