bazar, 27 iyul 2025

DÜNYA FUTBOLU

16 il sonra Premyer Liqada

18.07.2020 14:09 Oxundu 632


Uzun fasilədən sonra İngiltərənin "Lids Yunayted" klubu Premyer Liqaya vəsiqə qazanıb.

Cempion.az xəbər verir ki, Çempionşipdə lider olan komandanın ən yaxın izləyicisi "Vest Bromviç" səfərdə "Haddersfild"ə 1:2 hesabı ilə məğlub olub. Bu nəticədən sonra 87 xalı olan Marselo Byelsanın komandasının turnirin bitməsinə iki tur qalmış liqanı ilk iki pillədə tamamlayacağı dəqiqləşib.

Beləliklə,  "Lids Yunayted" 16 ildən sonra yenidən Premyer Liqada mübarizə aparacaq. Klub son olaraq 2003/2004 mövsümündə Premyer Liqada iştirak edib.

"Lids Yunayted" bazar günü səfərdə "Derbi Kaunti" ilə oyuna çempionluğu rəsmiləşdirmək üçün çıxacaq.