18.07.2020 15:09
522

“Sumqayıt” klubu komandanın kapitanı ilə müqavilə təzələyib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Vurğun növbəti mövsümdə də “kimyaçılar”ın uğurları üçün çalışacaq.
2013/14 mövsümündən etibarən “Sumqayıt”da çıxış edən Vurğun Hüseynov komandanın tarixində ən çox oyun keçirən futbolçudur.
Qeyd edək ki, 164 matçda forma geyinən kapitan 1 dəfə qol vurmağa nail olub.