bazar, 27 iyul 2025

DÜNYA FUTBOLU

Lider çempionluğunu rəsmiləşdirə bilər

18.07.2020 16:06 Oxundu 525


Bu gün Türkiyə Super Liqasında 33-cü tura start veriləcək.

Cempion.az xəbər verir ki,turun açılış oyununda “Qalatasaray” İzmirin “Göztəpə” klubunu qəbul edəcək. “Kasımpaşa” isə “Qaziantep”in qonağı olacaq.

Lider “Başakşəhər” bu turda “Kayserispor”u qəbul edəcək. Meydan sahibləri bu görüşdə qələbə qazansalar, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcək.

Turun mərkəzi görüşü isə İstanbulda keçiriləcək. Burda Avropa Liqasına vəsiqə üçün mübarizə aparan “Beşiktaş” və “Fənərbaxça” klubları üz-üzə gələcək.

Türkiyə Super Liqası, 33-cü tur

18 iyul

22:00 ''Qalatasaray'' – ''Göztəpə''
22:00 ''Qaziantep'' – ''Konyaspor''

19 iyul'

22:00 ''Alanyaspor'' – ''Dənizlispor''
22:00 ''Ankaragücü'' – ''Antalyaspor''
22:00 ''Başakşəhər'' – ''Kayserispor''
22:00 ''Beşiktaş'' – ''Fənərbaxça''
22:00 ''Rizəspor'' – ''Yeni Malatyaspor''
22:00 ''Sivasspor'' – ''Gənclərbirliyi''
22:00 ''Trabzonspor'' – ''Konyaspor''