18.07.2020 19:08
597


“Barselona”nın prezidetnliyinə namizəd Viktor Fond klubun siyasətini tənqid edib.
Cempion.az xəbər verir ki, İspaniya mətbuatına danışan Font bunları deyib: “Son illər Avropada rəqabət peşəkar müstəviyə qədəm qoyub. Premyer liqada klubların necə idarə olunduğunu görürsünüz. Hətta bəzi ölkələr belə hansısa futbol klubuna böyük sərmayə qoyur. Biz bu işlə məşğul olmasaq, “Barselona” “Milan” və “Mançester Yunayted” səviyyəsinə düşə bilər".
Xatırladaq ki, bu mövsüm “Barsa” La liqada 2-ci yeri tutacaq. Sona bir tur qalmış “Real” çempionluğu rəsmiləşdirib.