bazar, 27 iyul 2025

BİZİM FUTBOL

“Qarabağ”dan qələbə

18.07.2020 20:38 Oxundu 588


Azərbaycanı avrokuboklarda təmsil ecədək komandalardan “Qarabağ”la “Keşlə” bu gün yoxlama oyununda qüvvələrini sınayıblar.

Cempion.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutmuş qarşılaşmada hərəsi 30 dəqiqə olmaqla 3 hissə oynanılıb.

Görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Çempionlar Liqasında çıxış edəcək “Qarabağ” Qəbələdə, Avroliqa təmsilçimiz “Keşlə” isə Şamaxıda hazırlıq keçir.

Yoxlama oyunu

18 iyul

''Qarabağ'' – ''Keşlə'' 3:1
Qol
: Filip Ozobiç, 11-pen; 51. Mahir Emreli, 65 – Aleksandr Kristovao, 6.