19.07.2020 12:14
501


İspaniyanın ''Sevilya'' klubu ''Selta Viqo''nun futbolçusu ilə maraqlanır.
Cempion.az ''Futbolistos'' nəşrinə istinadən xəbər verir ki, ''Sevilya'' klubu ''Selta Viqo''da çıxış edən Türkiyə millisinin üzvü Okay Yokuşlunu heyyətinə cəlb etmək istəyir. Nəşrin məlumatına görə, hər iki klub arasında danışıqlar müsbət nəticələnib. Transferin yaxın günlərdə acıqlanacağı gözlənilir.
Qeyd edək ki, Okay 2018-ci il də ''Trabzonspor''dan ''Selta''ya transfer olub.