çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

''Qalatasaray''ın Saraççi planı

19.07.2020 16:26 Oxundu 586

Türkiyənin ''Qalatasaray'' klubu ''Leyptsiq''in futbolçusu ilə maraqlanır.

Cempion.az ''Bild'' nəşrinə istinadən xəbər verir ki, ''sarı qırmızılar'' Almaniya təmsilçisindən icarə əsasında komandaya cəlb etdikləri  uruquvaylı sol cinah oyunçusu Marselo Saraççini transfer etmək istəyirlər. Fateh Terimin də bəyəndiyi 22 yaşlı müdafiəçi karyerasını ''Qalatasaray''da davam etdirmək istədiyini bildirib.  ''Leyptsiq'' tərəfindən verilən açıqlamada bildirilib ki, hal-hazırda Saraççi əsas komanda da düşünülmür. Qarşı tərəflərin bu transfer üçün yaxın günlərdə danışıqlara başlayacaqları gözlənilir.

Qeyd edək ki, 33-cü turda ''Qalatasaray''ın ''Göztəpə''ni məğlub etdiyi (3-1) qarşılaşmada Saraççi ''cim-bom''un heyyətində ilk qolunu vurub.