19.07.2020 15:56
522

Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə” klubu heyətini yeni futbolçularla gücləndirib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki,paytaxt təmsilçisi Şəhriyar Rəhimov və Ruslan Qurbanovla iki, Rəşad Əzizli və Tural Bayramlı ilə isə bir illik müqavilə imzalayıb.
Xatırladaq ki, Şəhriyar Rəhimov son mövsümü “Səbail”də, Ruslan Qurbanov, Rəşad Əzizli və Tural Bayramlı isə “Keşlə”də keçirib.
Qeyd edək ki, “Zirə” daha əvvəl Klesio Bauk, Sərtan Taşqın, Kərim Diniyev və Rəşad Eyubovu heyətinə qatıb.