19.07.2020 19:15
506

Fransanın “Lill” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, klubun baş məşqçisi açıqlamasında Renato Sançes, Conatan İkone və Conatan Bambadan götürülən koronavirus testinin müsbət nəticə verdiyini bildirib. Hazırda onların xüsusi karantin rejimində müalicəsi davam etdirilir.
Qeyd edək ki, “Lill” koronavirus pandemiyasına görə başa çatdırılmayan Liqa 1-in 2019/20 mövsümündə 4-cü yeri tutduğu üçün Avropa Liqasında iştirak hüququ qazanıb.