20.07.2020 11:54
1215

Futbol tarixində cərimə zərbələrini ən yaxşı yerinə yetirən futbolçuların adları bəlli olub.
Cempion.az xəbər verir ki, bununla bağlı "Thetoptens” portalında səsvermə keçirilib.
İkinci pillədə isə Devid Bekhem yerləşib. "Yuventus”un portuqaliyalısı Kriştianu Ronaldu da ilk üçlükdə özünə yer tapıb.
Maraqlıdır ki, "Barselona”nın hücumçusu Lionel Messi siyahıda yalnız səkkizinci pilləyə sahib ola bilib.
Siyahını təqdim edirik:
1. Juninyo Pernambukano
2. Devid Bekhem
3. Kriştianu Ronaldu
4. Roberto Karlos
5. Dieqo Maradona
6. Ronaldinyo
7. Andrea Pirlo
8. Lionel Messi
9. Sinişa Mixayloviç
10. Alessandro del Pyero