bazar, 27 iyul 2025

DÜNYA FUTBOLU

“Başakşəhər” çempionluğunu rəsmiləşdirib

20.07.2020 12:12 Oxundu 584

Türkiyə Superliqasında 2019-2020 mövsümünün qalibi bəlli olub.

Cempion.az xəbər verir ki, sona bir tur qalmış “Başakşəhər” çempionluğunu rəsmiləşdirib.
Ən yaxın izləyicisi “Trabzonspor”un evdə “Konyaspor”la oyunda (3:4) xal itirməsi İstanbul klubunun çempion edib. Lakin “Qaradənizlilər” qalib gəlsə, belə, Okan Burukun komandası birinci olacaqdı. Çünki "Başakşəhər" bir qədər əvvəl başa çatan görüşdə “Kayserispor”u məğlub edib – 1:0.

Bu nəticə ilə “Başakşəhər”in 69, “Trabzonspor”un 62 xalı olub.

Beləliklə, İstanbul klubu tarixində ilk dəfə çempionlu sevinci yaşayıb.