bazar, 29 mart 2026

BİZİM FUTBOL

“Qarabağ”da daha bir ayrılıq

20.07.2020 14:53 Oxundu 654


“Qarabağ” klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Cempion.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə müddəti başa çatan Araz Abdullayevlə yeni sözləşmə imzalanmayıb. 

Futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Qarabağ” bundan əvvəl  Maqaye Qeye, Ailton Silva, Vaqner da Silva, Faysal Rerras, Nicat Mehbalıyev və Miçellə yollarını ayırmışdı.